08-10 avqust 2026-cı il tarixlərində Türkiyə Respublikasının Qars şəhərində kikboksinq üzrə beynəlxalq turnir keçirilmişdir. Azərbaycan, Türkiyə, Gürcüstan, Əfqanıstan, Livan, İran və Ermənistan Respublikası idmançılarının iştirak etdiyi beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikasını 2 nəfər məşqçi müəllimin rəhbərliyi altında 35 nəfər idmançı təmsil edərək müxtəlif çəki dərəcələri üzrə mükafatlara layiq görülmüşlər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Naxçıvan təmsilçiləri 22-si qızıl, 12-si gümüş medal olmaqla ümumilikdə 34 medal qazanıblar.
Turnir çərçivəsində Hüseynli Tural (30 kq), Şükürlü Hakim (32 kq), Səfərli Elmir (37 kq), Cəfərli Əyyub (33 kq), Cəfərov Rafiq (32 kq), Qurbanov Eldəniz (30 kq), Əliyev Nəsir (37 kq), Seyidov Mövlan (42 kq), Şükürlü İlham (42 kq), Əliyev Ülvü (48 kq), Nəcəfov Ələmdar (45 kq), Həsənli Polad (51kq), Xəlilli Ayhan (60 kq), Həziyev Turan (68 kq), Sadiqov Əli (79 kq), Əliyev Uğur (57 kq), Behbudov Hüseyn, Quluzadə Rəşit, Əsgərov Rəvan, Qocayeva Ayşə, Abbasov Turan, Salmanov Zakir öz yaş və çəki kateqoriyalarında rəqiblərini məğlub edərək qızıl medal qazanıblar.
Digər idmançılardan Həsənov İlqar (28 kq), Seyidov Xəyal (47 kq), Xəlilli Orxan (47 kq), Qafarov Yusuf (45 kq), Mütəllimli Davud (47 kq), Dadaşov Asim (51 kq), İsmayılov Həsən (57 kq), Qəribli Emil, Rzazadə Nurlan, Cəbiyev Yusif, Hüseynov Yusif, Mehdizadə Xaliq isə gümüş medala layiq görülüblər.